“Qəbələ”dən ilk transfer

“Qəbələ” futbolçu axtarışına start verib. Allsport.az saytı xəbər verir ki, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb. Bu komandanın akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1-illik müqavilə imzalanıb.

2012/13 mövsümündə də “Qəbələ”nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AzAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var. 

Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

Həmin kateqoriyadan