“Qəbələ”dən istefa ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu postundan istefa verib. Allsport.az xəbər verir ki, artıq bu barədə klub saytı da rəsmi məlumat yayıb.

Məlumatda bildirilir: “Muntyanu bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İstefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub. “Qəbələ”nin baş məşqçi postu müvəqqəti olaraq yardımçı məşqçi Sənan Qurbanova tapşırılıb. Əsas komandada fəaliyyət göstərən qapıçı məşqçisi Dimitri Kramarenko və “Qəbələ” Futbol Akademiyasının U-17 komandasının məşqçisi Ramin Quliyev Sənan Qurbanovun köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

Dorinel Muntyanuya “Qəbələ”dəki fəaliyyətinə görə təşəkkür edir, rumıniyalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayırıq”.

Həmin kateqoriyadan