“Qəbələ”dən məhsuldar heç-heçə

Bu gün Antalyada “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Rusiyanın “Arsenal” klubu ilə görüşüb. Bol qollu matçda qalib müəyyənləşməyib – 3:3.

Buna qədər Roman Qriqorçukun komandası “Ağhasar Bələdiyyəspor” (Türkiyə; 1:1), və “Sürix” (İsveçrə; 0:1) və “Rabotniçki” (Makedoniya; 2:1) kollektivləri ilə qarşılaşıb.

Həmin kateqoriyadan