“Qəbələ”nin 5 üzvü müxtəlif yığmaların heyətində Dünya kubokunun ələməsində çıxış edib

“Qəbələ”nin futbolçuları DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin 5-ci turunda iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, “C” qrupunda çıxış edən Azərbaycan millisinin Almaniya ilə ev oyununda Məhəmməd Mirzəbəyovla Cavid Hüseynov start heyətində meydana çıxıblar. Onların hər biri 90 dəqiqə meydanda olublar. Yığmamızın 1:4 hesabı ilə uduzduğu görüşün 81-ci dəqiqəsində Ruslan Qurbanov da komanda yoldaşını əvəzləyib.

Bundan başqa, Nika Kvekveskiri Gürcüstan millisinin Serbiya ilə ev oyununda iştirak edib. “D” qrupunun oyununda balkanlılar 3:1 hesabı ilə qələbə qazanıb. Yarımmüdafiəçimiz start heyətində başladığı görüşdə 90 dəqiqə meydanda olub. Sergey Zenyovun şərəfini qoruduğu Estoniya millisi isə səfərdə Kiprlə qarşılaşıb. “H” qrupunun oyununda qol vurulmayıb. Start heyətində meydana çıxan hücumçumuz 79-cu dəqiqədə əvəzlənib.

Həmin kateqoriyadan