“Qəbələ”nin Berlində son hazırlığını keçib

“Qəbələ”nin U-19 komandası gənclər liqasında növbəti oyununu keçirəcək. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” sabah çempionlar yolunun 2-ci mərhələsinin cavab matçında Almaniyanın “Herta” klubunu ilə qarşılaşacaq.

Berlində görüşdən bir gün əvvəl Emin İmaməliyevin komandasının son məşqi olub. Hazırlıq matçın keçiriləcəyi “Vurfplats” stadionunda gerçəkləşib. Matç saat 16:00-da başlayacaq.

Həmin kateqoriyadan