“Qəbələ”nin boksçuları klublararası beynəlxalq yarışda

“Qəbələ” idman klubunun boksçuları Ukraynada təlim-məşq toplanışına başlayıb. Allsport.az saytı xəbər verir ki, Fariz Məmmədovun başçılığı ilə Krivoy Roq şəhərinə yollanan idmançılarımız hazırlıq çərçivəsində klublararası beynəlxalq yoxlama turnirində də qüvvəsini sınayacaqlar.

Yarışda birgə toplanış keçən “Leather Gloves” (Özbəkistan), DKD (Gürcüstan) və yerli KB-75 klubları da mübarizə aparacaqlar. Oktyabrın 10-da turnirin çəki mərasimi, püşkatma, həmçinin mətbuat konfransı təşkil olunacaq. Ertəsi gün komandalar arasında yarımfinal matçları baş tutacaq. Oktyabrın 12-də isə final və 3-cü yer uğrunda matç keçiriləcək.

Baş məşqçi Ramiz Mirkamilov bu görüşlərdə hazırlığa qatılan 7 yumruq döyüşçüsünə güvənəcək: Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqos (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlıdır (+91 kq).

Həmin kateqoriyadan