“Qəbələ”nin futbolçusu: Almaniya ilə matçda əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur

Qətər və Azərbaycan yığma komandaları arasında yoxlama oyunundan sonra millimizin yarımmüdafiəçisi Cavid Hüseynov affa-az-a açıqlama verib. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin futbolçusu 2:1 hesablı qələbəni belə şərh edib:

“Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi. Səfərdəki qarşılaşmanın çətin keçəcəyini bilirdik. Elə də oldu. Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər.

Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.

Həmin kateqoriyadan