“Qəbələ”nin futbolçusu “şahinlər”də 90 dəqiqə oynayıb

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin “D” qrupunun 2-ci turunda Beninlə görüşdə meydana çıxıb.

Matç 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer alan futbolçu 90 dəqiqə meydanda olub, 43-cü dəqiqədə sarı vərəqə alıb.

“Şahinlər” 1 xalla 4-cü pillədə qərarlaşıblar. Lalavelenin komandası oktyabrın 10-da evdə Qambiya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan