“Qəbələ”nin gənclər liqasında 2-ci sınağı

Gənclər liqasının çempionlar yoluna start verilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda “Qəbələ”nin U-19 komandası bu gün ilk oyununu keçirəcək. 1-ci mərhələdən mübarizəyə başlayacaq “qırmızı-qaralar” Moldova “Şerif”ini qonaq edəcək.

Bu, Emin İmaməliyevin komandasının 2-ci sınağıdır. “Qəbələ” 2016/17 mövsümündə də çempionlar yolunda mübarizə aparıb. Həmin vaxt 1-ci mərhələdə Rusiya “Dinamo”su (Moskva) qarşılaşan (0:2, 0:5) klub ilk səddi keçə bilməyib. “Qəbələ” və “Şerif” arasında cavab görüşü oktyabrın 24-də Tiraspolda baş tutacaq.

UEFA Gənclər Liqası, Çempionlar yolu
1-ci mərhələnin ilk oyunu

3 oktyabr

18:00. Qəbələ – Şerif
Hakimlər: Georgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan).
Qəbələ şəhər stadionu.

Həmin kateqoriyadan