“Qəbələ”nin hər 3 rəqibi öz milli çempionatlarında qələbə qazanıb

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri “Anderlext”, “Maynts” və “Sent-Etyen” öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçirib. Allsport.az saytı xəbər verir ki, qarşı tərəfin hamısı bu həftəni qələbə ilə başa vurublar.

“Anderlext” Belçika yüksək liqasının 7-ci turunda səfərdə “Genk”lə görüşdə 2:0 hesab ilə sevinib. “Bənovşəyi-ağlar” hazırda 15 xalla 2-ci pillədədir.

“Sent-Etyen” Fransa 1-ci liqasının 5-ci turunda doğma meydanda “Bastiya”nı üstələyib (1:0). Bu komanda 8 xalla 8-ci yerdədir.

“Maynts” Almaniya Bundesliqasının 3-cü turunda səfərdə “Auqsburq”u 3:1 hesabı ilə məğlub edib. “Karnavalçılar” hazırda 4 xalla 9-cudur.

Həmin kateqoriyadan