“Qəbələ”nin hücumçusu 1,8 milyon avroluq borcunu istəyir

“Qəbələ”nin hücumçusu Ərmin Zets vaxtilə şərəfini qoruduğu Türkiyənin “Balıkəsirspor”dan ona olan borcunun ödənilməsini tələb edir. Allsport.az xəbər verir ki, sözügedən klub bu oyunçuya 1,8 milyon avro borcludur.

Futbolçu artıq bununla bağlı FİFA-ya da şikayət ünvanlayıb. Məlumatı Türkiyə mətbuatı yayıb. Qeyd edək ki, Zets “Qəbələ”yə bu yay məhz “Balıkəsirspor”dan keçmişdi.

Həmin kateqoriyadan