“Qəbələ”nin məşqçilər heyətində yeni ad

Mövsümün 2-ci yarısına hazırlığı Bakıda davam etdirən “Qəbələ”nin məşqçilər heyətində dəyişiklik baş verib. Allsport.az saytı xəbər verir ki, işə Zaur Həşimov cəlb olunub. 

Onunla müqavilə imzalanıb. 28 yaşlı mütəxəssis futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib. 

“Qara-qırmızılar”ın yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

Həmin kateqoriyadan