“Qəbələ”nin müdafiəçisi 1-illik icarəyə götürüb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Allsport.az saytı xəbər verir ki, komanda “Qəbələ”nin üzvü Yusif Nəbiyevi 1-illik icarəyə götürüb.

O, 2016/2017 mövsümündə də “kimyaçılar”ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qol vurub.

Həmin kateqoriyadan