“Qəbələ”nin nümayəndələri UEFA-nın forumunda

İsveçrənin Nyon şəhərində gənclər liqasında çıxış edən klubların nümayəndələri üçün məşqçi forumu keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir Avropa Futbol Evində təşkil olunub. Toplantıya yarışın 2-ci mərhələsinə yüksələn “Qəbələ” klubunun təmsilçiləri də qatılıblar.

Komandanın futbol akademiyasının meneceri Nail Kərimov və U-19 komandamızın baş məşqçisi Emin İmaməliyev forum iştirakçıları arasında yer alıblar.

Forumun ilk günündə müxtəlif mövzularda mühazirələrə yer verilib, həmçinin iştirakçılar Hollandiyanın “Ayaks” klubundakı məşqçi metodologiyası, Fransa “Lion”unun akademiyasındakı təşkilati işlərin necə qurulması ilə tanış olublar. Nümayəndələr arasında gənclər liqası ilə bağlı fikir mübadilələri aparılıb. İlk gün qonaqlar arasında futbol matçı ilə yekunlaşıb.

Forumun ikinci günündə də tədbir iştirakçıları mühazirələr dinləyiblər. Mərasimə Avstriya “Zaslburq”unun baş məşqçisi Marko Rosenin mühazirəsi ilə yekun vurulub.

Həmin kateqoriyadan