“Qəbələ”nin rəqibi Belçika kubokunun 1/8 finalına yüksəlib

Belçika kubokunda yeni mövsüm başlayıb. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” aşağı liqa təmsilçisi “Oud-Heverlee” ilə üz-üzə gəlib.

“Ağ-bənovşəyilər” bu matçdan 1:0 hesablı qələbə ilə ayrılıb. Nəticədə, “Anderlext” kubokun 1/8 final mərhələsinə yüksəlib. Bu komandanı növbəti mərhələdə rəqibi “Sportinq Şarlerua” olacaq.

Həmin kateqoriyadan