“Qəbələ”nin rəqibi Belçika yüksək liqasında 2-ci yerdə mövqeyini qoruyub

Belçika yüksək liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” doğma meydanda “Sportinq Şarlerua” ilə qarşılaşıb.

“Ağ-bənövşəyilər” bu görüşdən qələbə ilə ayrılıb – 3:2. Matçın 19-cu dəqiqəsində məğlub duruma düşən “Anderlext”, Lukaş Teodorçik (57-ci dəqiqə), Sofiane Hanni (66) və Yiro Tilemansın (68) vurduğu qollarla dönüş yaradıb.

Azlıqda mübarizə aparan qonaqların gücü isə 90-cı dəqiqədə hesab arasındakı fərqi minimuma endirməyə çatıb. “Qəbələ”nin rəqibi  6 turdan sonra 12 xalla 2-ci pillədədir.

Həmin kateqoriyadan