“Qəbələ”nin rəqiblərindən biri məğlub olub, ikisi xal itirib

Belçika, Fransa və Almaniya çempionatlarında növbəti turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda yer alan “Anderlext”, “Sent-Etyen” və “Maynts” sonrakı matçlarına çıxıb.

İlk adı çəkilən komanda Yüksək liqanın 14-cü turunda “Ostende” ilə qarşılaşıb. Lider “bənövşəyilər” xal itkisi ilə üzləşib (1:1). “Anderlext” 25 xalla 16 komanda arasında 2-ci pillədədir.

“Sent-Etyen” Fransa 1-ci divizionunun 12-ci turunda səfərdə “Mets”lə qarşılaşmada heç-heçə edib (0:0). “Yaşıllar”18 xalla 20 klub arasında 9-cu yerdədir.

“Maynts” Bundesliqanın 10-cu turunda səfərdə “Leyptsiq”lə üz-üzə gəlib. “Qəbələ”nin rəqibi bu görüşdə 1:3 hesabı ilə uduzub. “Karnavalçılar” 14 xalla 20 iştirakçı arasında 10-cu sıradadır.

Həmin kateqoriyadan