“Qəbələ”nin “Səbail”lə 10-cu görüşü və ya tale matçı

Bu gün premyer liqada 26-cı turun həyacanı başlayır. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” 3-cü yeri tutmaq üçün əsas rəqibi “Səbail” ilə görüşəcək. 

Bakıda saat 17:30-da başlayacaq matç, ümumilikdə, 10-cu olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn “Qəbələ” və “Səbail” indiyədək 9 dəfə üz-üzə gəliblər. Daha çox – 6 qələbə qazanan “qırmızı-qaralar” 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 18:8. Keçirilən matçlarda Baqali Dabo hamıdan çox – 6 qol vurub. Famussa Kone və Ceyms Adeniyi hərəyə üç dəfə fərqlənib.

8-ci dəfə premyer liqada görüşəcək “Qəbələ” və “Səbail” çempionatda 7 dəfə üz-üzə gəlib. 4 qələbə qazanan “qara-qırmızılar” 2 heç-heçə edib və 1 dəfə uduzub. 13 qol vuran “qırmızı-qaralar” 6 top buraxıb.

Həmin kateqoriyadan