“Qəbələ”nin sınaq görüşü ləğv olunub

“Qəbələ”nin Antalyada Rusiyanın 1-ci divizionunda çıxış edən “Fakel” klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. Allsport.az saytı xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraitidir. 

“Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb. Əyalət təmsilçisi son yoxlama matçını yanvarın 26-da Macarıstanın “MTK Budapeşt” klubuna qarşı keçirəcək.

Həmin kateqoriyadan