“Qəbələ”nin U-19 komandası evdə “Şerif”lə heç-heçə etdi

Bu gün gənclər liqasının çempionlar yolunda “Qəbələ”nin U-19 komandası evdə ilk oyununa çıxdı. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 1-ci mərhələdə rəqibi Moldova “Şerif” klubu oldu.

Hesabı 31-ci dəqiqədə qonaqlar açdı. “Qara-qırmızılar” buna 2-ci hissədə cavab verdilər. 57-ci dəqiqədə 11-metrlik cərimə zərbəsindən Əli Sadıqov vərqləndi. Oyunun qalan dəqiqələrində qol vurulmadı – 1:1. Cavab görüşü oktyabrın 24-də Tiraspolda baş tutacaq.

Xatırladaq ki, bu, Emin İmaməliyevin komandasının 2-ci sınağı idi. “Qara-qırmızılar” 2016/17 mövsümündə də çempionlar yolunda mübarizə aparıb. Həmin vaxt Rusiya “Dinamo”su (Moskva) ilə qarşılaşan (0:2, 0:5) “Qəbələ” ilk səddi keçə bilməyib.

Həmin kateqoriyadan