“Qəbələ”nin vitse-prezidenti: Sənan Qurbanov böyük təcrübəyə malikdir, ona güvənirik

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov yeni baş məşqçi təyinatı ilə bağlı fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, Sənan Qurbanovun artıq məşqçi kimi püxtələşdiyini, rəhbərliyin ona güvəndiyini deyib:

“Sənan Qurbanov artıq illərdir ki, klubumuzda çalışır. O məşqçi kimi fəaliyyətə “Qəbələ” Futbol Akademiyasında başlayıb. Sonra fəaliyyətini əsas komandada davam etdirib. Hamının bildiyi kimi klubumuzda iki məsələ prioritet təşkil edir: akademiya və əsas komanda.

O da bizim strategiyamıza uyğun olaraq akademiya futbolçularını yaxından tanıyır, onlara yanaşma baxımından düzgün mövqe sərgiləyəcək. Həm də uzun illər əsas komandada çalışıb, Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında püxtələşib, Avropa liqası və ölkədaxili turnirlərdə böyük təcrübəyə malikdir.

Sənan Qurbanovda baş məşqçiyə xas bütün xüsusiyyətlər var. Ona güvənirik və klubumuzda uğurlu fəaliyyət göstərəcəyinə inanırıq”.

Həmin kateqoriyadan