“Qəbələ”nin yetirməsi çex “Viktoriya”sında

Azərbaycanın daha bir gənc futbolçusu karyerasını ölkə xaricində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin 18 yaşlı futbolçusu Samir Qurbanov Çex Respublikasının “Viktoriya” (Jijkov) klubuna transfer olunub.

Bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. U-19 yığmamızın üzvü ilə 2 illik icarəyə verilib. Jijkov klubu icarə müddətində “Qəbələ”yə ödəniş etməklə futbolçumuzu transfer hüququnu da ala bilər. Premyer Liqa təmsilçisi onun satışından 20 faiz əlavə gəlir əldə edəcək.

Həmin kateqoriyadan