“Qəbələ”yə keçəcəyim barədə xəbərlər hamısı şayiədir”

Ukraynanın “Çernomorets” klubunun futbolçusu Dmitri Bezotosnı “Qəbələ”yə mümkün keçidindən danışıb. Allsport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Xarkov “Metallurq”u və “Qəbələ”yə keçəcəyim barədə deyilənlər hamısı şayiədir. Belə çıxır ki, mən hələ “Çernomorets”in futbolçusuyam. Klubun bizə pul borcunun olması barədə heç nə demək istəmirəm. Bunu klubun baş direktoru Serey Kernitskidən soruşun. Karyeramı harada davam etdirəcəyim barədə suallara nə vaxt aydınlıq gələcək? Əfsuslar olsun ki, bunu özüm də bilmirəm. Variantlar olsa da, hamısı şayiədir. Konkret bir şey isə yoxdur”.

Həmin kateqoriyadan