“Qəbələ”yə keçidi gündəmdə olan oyunçu: “Hər şey indiki klubumun durumundan asılıdır”

Ukraynanın “Çernomorets” klubunun müxtəlif futbolçularının bu komandanın sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Qəbələ”yə keçəcəyi barədə xəbərlər son dövrlər artmaqdadır. Allsport.az xəbər verir ki, Ukrayna mətbuatı Dmitri Bezotosnı, Yevgeni Opanasenko, Yevgeni Zubeyko, Kiril Kovalçuk, Vladimir Arjanov, Aleksey Qay və İvan Babkonun Azərbaycan klubuna keçəcəyini iddia edir.

Onlardan biri – Yevgeni Opanasenko yerli mətbuata müsahibəsində bu və digər məsələlərlə bağlı sualları cavablayıb. O, bunları söyləyib:

“Digər klublardan mənə olan təkliflərlə bağlı xəbərim yoxdur. Bütün işlərimlə menecerim məşğul olur. Həm də mən hələ “Çernomorets”in futbolçusuyam. İstirahətdən sonra da sabiq klubuma qayıdacağam. İndiki klubumu tərk etməyim isə daha çox “Çernomorets”in durumundan asılıdır.

Hər şey normallaşsa, böyük ehtimalla komandada qalacağam, amma əsk halda… Digər təkliflərə baxmağım istisna deyil. Roman Qriqorçuk klubdan gedəndə mənimlə söhbət etdimi? Xeyr. Heç nə danışmadıq. Axı o, bütün futbolçular istirahətdə olan vaxt getdi”.

Həmin kateqoriyadan