“Qəbələ”yə qarşı oynamış futbolçu millimizlə görüşü buraxacaq

Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Yulian Vayql 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Azərbaycanla oyunda ölkəsinin yığmasına kömək edə bilməyəcək. Allsport.az xəbər verir ki, buna səbəb onun zədədən əziyyət çəkməsidir.

Gənc futbolçunun ən yaxşı halda Almaniya yığmasına seçmə mərhələnin noyabrın 17-də keçiriləcək Avstriya ilə görüşündə kömək etməsi gözlənilir.

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı noyabrın 13-də Regensburqdakı “Kontinental Arena”da keçiriləcək. Sonda onu da xatırladaq ki, Vayql bir müddət öncə Avropa Liqasının qrup mərhələsində “Qəbələ”yə qarşı oyunların iştirakçısı olmuşdu.

Həmin kateqoriyadan