Qəhrəman tankçı Albert Aqarunovun xatirəsinə beynəlxalq karate turniri

21-23 iyunda “Qara dəniz və Xəzəryanı” ölkələr arasında milli qəhrəman Albert Aqarunovun xatirəsinə beynəlxalq karate yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi tədbirdə 10 ölkənin iştirakı gözlənilir.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində nəzərdə tutulan turnirində 5 yaşdan ustalaradək mübarizə aparacaq. Fərqlənən idmançılara fərdi yarışlarda medal və diplomlar, komanda çıxışlarında isə kuboklar təqdim olunacaq.

21 iyun saat 17-də yarışın açılışı olacaq.

Həmin kateqoriyadan