Qələbə Rüfət Dadaşovlu “qartallar”ı 5-ci qata yüksəldib

Almaniya 3-cü liqasının 34-cü turunda “Proyssen” doğma meydanda “Zonnenhof”a 1:0 qalib gəlib.

Allsport.az saytı xəbər verir ki, Rüfət Dadaşov görüşün iştirakçısı olub. Millinin hücumçusu start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

“Qartallar” 48 xalla 5-ci pilləyə yüksəliblər.

Həmin kateqoriyadan