Qaçışçımız Zəkiyyə Həsənova Avropa çempionatında 1-ci və 2-ci yerləri tutub

Lixtenşteynin Schaan şəhərində kiçik Avropa ölkələrinin atletika üzrə qitə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda millinin üzvü Zəkiyyə Həsənova uğurlu çıxış edib.

O, 200 metr məsafəyə qaçışda 23.56 saniyə nəticə ilə hamını qabaqlayıb, Azərbaycan rekordu göstərib. Bu proqramda son ölkə çempionu 100 metrdə də gücünü sınayıb və gümüş medal qazanıb (11.61).

 

Həmin kateqoriyadan