- Baxış sayı: 35
- 28 Mart 2024 10:03
- Baxış sayı: 156
- Mart 28, 2024
- 0
Qazaxıstanın Atırau şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. Allsport.az xəbər verir ki, komandamız yarışda 1 gümüş və 3 bürünc medala sahib olub.
54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova yarımfinalda 2012-ci ilin dünya çempionu rusiyalı Aleksandra Kuleşovanı məğlub etsə də, finalda yerli boksçu Dina Jolamana uduzub.
Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) bürünc medalla kifayətləniblər.