ÖZƏL
Qadın güləş millimizin baş məşqçisi Semyon Çteryov qovulub

Güləş komandalarımızın məşqçilər heyətində dəyişiklik olub. Allsport.az saytına daxil olan məlumata görə, qadın millimizin baş məşqçisi Semyon Çteryov bir müddət əvvəl vəzifəsindən azad edilib.

Buna səbəb, bolqarıstanlı mütəxəssisin işinə etinasız yanaşması olub. İslam oyunlarından sonra Azərbaycan dövlətindən yüksək mükafat alan çalışdırısı, sakitcə əkilərək vətəninə yollanıb və o vaxtdan gözə dəyməyib.

Komanda avqustun 7-dən Kiyevin Qönçə Zaspa təlim-məşq bazasında Ukraynanın yığma komandası ilə birgə hazırlıcı onsuz keçir. Hələlik Semyon Çteryov yerinə böyük məşqçi Aslan Ağayev təyin olunub.

Həmin kateqoriyadan