Qadın güləşçilər mübarizəyə qoşulur

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, ilk dəfə keçirilən yarışda 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

Rəqabətin üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaq. Yığmamız 3 çəki dərəcəsində təmsil olunacaq.

48 kq
1/8 final – Nadejda Fedorova (RUS) – Patimat Baqomedova

55 kq
1/8 final – Alyona Kolesnik – Anastasiya Krasnova (EST)

69 kq
1/8 final – Martina Kuenz (AUT) – Elis Monolova

İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Həmin kateqoriyadan