Qadın güləşçilərimiz Avropa Oyunları öncəsi növbəti sınaq qarşısında

24-26 apreldə Bolqarıstan paytaxtı Sofiyada güləş üzrəDan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 53-cü dəfə keçirilən turnirdə sərbəst və yunan-Roma güləşi üzər kişilər və sərbəst güləş üzrə qadınlar mübarizə aparır. Bu dəfəki turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək.

Aprelin 6-dan etibarən Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışında olan yığmamız baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə turnirdə iştirak edəcək.

Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yer alıblar.

Turnirin proqramına əsasən, aprelin 24-də 55, 60 və 69 kq, 25-də 48, 58 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 53 və 63 kq çəkidə qadın güləşçilər isə turnirin son günündə yarışacaqlar.

Həmin kateqoriyadan