Qadın güləşçilərimiz Dünya Kubokunda 5-ci yer uğrunda güləşəcək

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə Dünya Kuboku yarışları keçirilir. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə “A” qrupunda mübarizə aparıb. “B” qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıb.

Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamız görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərini 5:3 hesabı ilə məğlub edib. Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub.

Bu görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı “A” qrupunu 3-cü yerdə tamamlayıb. Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə, 3 görüşdən 2-sində qələbə qazanıb.

Beləliklə, qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşacaq. Yaponiya və Rusiya güləşçiləri finalda, ABŞ və Monqolustan güləşçiləri isə bürünc meallar uğrunda yarışacaq. Polşa və İsveç komandaları isə, 7-ci yer uğrunda qarşılaşacaq.

ABŞ – AZƏRBAYCAN 4*:4

48 kq – Alisa Lampe – Mariya Stadnik 0:10
53 kq – Mary Fulp Allen – Anjela Doroqan 1:7
55 kq – Helen Maroulis – Nataliya Sinişin 11:0
58 kq – Alisson Ragan – İrina Netreba 1:6
60 kq – Rene Campbell – Yuliya Ratkeviç 0:10
63 kq – Elizabet Clodgo – Raqnetta Qurbanzadə 7:2
69 kq – Randi Miller – Nadya Muşka 7:0
75 kq – Adelin Grey – Gözəl Zutova 15:4

Polşa – AZƏRBAYCAN 3:5

48 kq – Anna Lukasiak – Mariya Stadnik 0:8 (təmiz qələbə)
53 kq – Roksana Zasina – Anjela Doroqan 5:1
55 kq – Katarina Kravçik – Nataliya Sinişin 0:7
58 kq – Aleksandra Volçzinska – İrina Netreba 3:7
60 kq – Silvia Krol – Yuliya Ratkeviç 3:10 (təmiz qələbə)
63 kq – Monika Mixalik – Raqnetta Qurbanzadə 7:0
69 kq – Aqnieszka Vieszçek Kordus- Nadya Muşka 6:4
75 kq – Daria Urszula Osoçka – Gözəl Zutova 2:4

Yaponiya – AZƏRBAYCAN 5:3

48 kq – Yu Miyahara – Mariya Stadnik 1:14
53 kq – Çiho Hamada – Anjela Doroqan 4:1
55 kq – Hikari Siqavara – Nataliya Sinişin 8:6
58 kq – Risako Kavai – İrina Netreba 12:1
60 kq – Kanako Murata – Yuliya Ratkeviç 2*:2
63 kq – Yurika İto – Raqnetta Qurbanzadə 0:3
69 kq – Kayoko Kudo – Nadya Muşka 5:6
75 kq – Hiroe Suzuki – Gözəl Zutova 4:2

FİNAL – Yaponiya – Rusiya

3-cü yer – ABŞ – Monqolustan

7-ci yer – Polşa – İsveç

5-ci yer uğrunda görüş
AZƏRBAYCAN – Ukrayna (8 mart, saat 14:00)

48 kq – Mariya Stadnik – Olqa Şnayder
53 kq – Anjela Doroqan – Tatyana Lazereva
55 kq – Nataliya Sinişin – Tatyana Lavrençuk
58 kq – İrina Netreba – Tatyana Omelçenko
60 kq – Yuliya Ratkeviç – Oksana Herhel
63 kq – Raqnetta Qurbanzadə – Yuliya Tkaç Ostapçuk
69 kq – Nadya Muşka – Alla Çerkasova
75 kq – Gözəl Zutova – Katerina Burmistrova

Həmin kateqoriyadan