QƏLƏBƏ
Qadın güləşçilərimiz finalda hansı komanda ilə qarşılaşacaq?

Bu gün Moskvada güləş üzrə Avropa Millətlər Kuboku start götürüb. Allsport.az saytı xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edirlər.

İlk gün qadın güləşçilər mübarizə aparıb. Reqlamentə əsasən, komandalar iki yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçiləri Ukrayna və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıblar. Millimiz hər iki görüşü 5:3 hesablı qələbə ilə başa vuraraq, yarımqrupu ilk sırada tamamlayıb. Digər yarımqrupda Rusiya güləşçiləri birinci olub. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşacaqlar.

Final görüşü Azərbaycan və Rusiya kollektivləri yığmaları arasında olacaq. Həııedici qarşılaşma sabah saat 17:30-da başlayacaq.

Bu yarışda seçməmiz baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə mübarizə aparır. Heyətdə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıblar.

Həmin kateqoriyadan