Qadın həndbolçularımız finalda

Bu gün Bakı-2017-nin qadın həndbolçuların yarışında ilk finalçı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yarımfinalda Özbəkistan yığmasını 42:25 hesabı ilə məğlub edən millimiz həlledici mərhələyə çıxıb.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu iraqlı hakimlər briqadası idarə edib. Digər finalçı isə Türkiyə – Kamerun matçından sonra müəyyənləşəcək.

Həmin kateqoriyadan