Qadın millimizi liderdən 1 xal ayırır

Bu gün Ümumdünya Şahmat Olimpiadasında 6-cı turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, əsas qadın komandamız Gürcüstanla, 2-ci millimiz Çex Respublikası ilə sülh bağlayıblar. 3-cü yığmamız Çilini üstələyib.

Qadınlar, VI tur

Gürcüstan (2474) – Azərbaycan-1 (2320) – 2:2

Nana Dzaqnidze (2522) – Zeynəb Məmmədyarova (2295) – 1:0
Lela Javaxişvili (2486) – Günay Məmmədzadə (2361) – 0.5:0.5
Nino Batsiaşvili (2474) – Gülnar Məmmədova (2304) – 0:1
Salome Melia (2419) – Nərmin Kazımova (2302) – 0.5:0.5

Azərbaycan-2 (2248) – Çexiya (2272) – 2:2

Türkan Məmmədyarova (2304) – Yoanna Vorek (2360) – 0.5:0.5
Nərmin Xələfova (2219) – Kristina Havlikova (2271) – 0:1
Ülviyyə Fətəliyeva (2234) – Olqa Sikorova (2234) – 0.5:0.5
Nərgiz Umudova (2247) – Tereza Rodşteyn (2230) – 1:0

Azərbaycan-3 (2016) – Çili (1957) – 3:1

Nərmin Məmmədova (2230) – Damaris Qonzarez (2092) – 1:0
Xanım Balacayeva (2147) – Javiera Barrera (2027) – 1:0
Gövhər Beydullayeva (1994) – Valentina Kabello (2019) – 0.5:0.5
Aynur Katanova (1784) – Lesli İnzunza (1840) – 0.5:0.5

Yarış cədvəli: 1.Rusiya, 2.Ukrayna – hər ikisi – 11 xal; 3.Polşa, 4.Rumıniya, 5.Hindistan, 6.Azərbaycan-1 – 10; 37. Azərbaycan-2, 38. Azərbaycan-3 – 7.

Həmin kateqoriyadan