Qadın millimizin 2-ci komandası İsveçrə voleybolçularına 2 dəfə qalib gəlib

23 iyuldan paytaxtımıza təşrif buyuran İsveçrənin qadın voleybol millisi burada təlim-məşq toplantışı və yoldaşlıq görüşləri keçirəcək.

Allsport.az saytı xəbər verir ki, voleybol mərkəzində bir araya gələn qonaqlar artıq bizim 2-ci komandamızla 2 dəaə gücünü sınayıblar.

Hər 2 görüşdə qızlarımız 3:1 hesabı ilə qalib gəlib. Dünya çempionatina hazırlıq üçün millimiz 2 qrup şəklində hazırlaşır. İlk qrup Sloveniyada təlim-məşqlərini davam etdirir.

Həmin kateqoriyadan