Qadın millimizin rəqibi artır – İran xanımları güləş ailəsinə daxil olur

İranda qadın güləşi üzrə məşğələlər və yarışlar keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə açıqlamanı federasiya prezidenti Rəsul bəyan Hadəm verib. Onun sözünə görə, xanım Badrolmolouk Qəhrangi İranın qadın güləşi bölməsinin rəhbəri təyin olunub.

Birləşmiş Güləş Dünyasının prezidenti Nenad Laloviçin sözü gedən hadisəyə münasibəti çox çəkməyib. UWW başçısı bildirib ki, onlar bu sahədə cənib qonşularımızla işləməkdən məmnundurlar: «Biz İranda qadın güləşinin güclənməsi üçün, əlimizdə olan mümkün köməyi verəcəyik. Təşkilatımız onların tərəqqisini salamlayır və səbirsizliklə ailəmizə qoşulmasını gözləyirik».

Ötən həftə Tehranda keçirilmiş yunan-Roma güləşçiləri arasında Dünya Kubokunda əlamətdar hadisə qeydə alınıb. ABŞ-ın lider xanım güləşçisi Kiki Kelli İran güləş xalçası üzərində adımlayan ilk qadın pəhləvan olub.

RW5A0955

Həmin kateqoriyadan