Qadın qoşaçarxçımızın Çex Respublikasında uğuru

Azərbaycanın şosse velosipedi üzrə millisinin və Sloveniyanın “BTC City Ljubljana” klubunun üzvü Yelena Pavluxina Çex Respublikasında keçirilən “Gracia Orlova” turunda uğurla çıxış edir. Allsport.az saytı xəbər verir ki, yarışın 100 km-dən ibarət 2-ci günündə 2 saat 50 dəqiqə 35 saniyə nəticə göstərən qoşaçarxçımız “solo-finiş”lə mərhələ qalibi olub və ən yaxın izləyicisini 2 dəqiqə, 11 saniyə qabaqlayıb.

Bu nəticə Yelena Pavluxinaya 2 mərhələdən sonra ümumi təsnifatda lider köynəyini ələ keçirməyə imkan verib. Hazırda o, ən yaxın izləyicisi, Almaniyanın “Canyon SRAM Racing” klubunun belaruslu üzvü, Bakı-2015-in qalibi Alyona Amalisyuku 2 dəqiqə 9 saniyə qabaqlayır.

Bu gün iştirakçılar əvvəlcə 13,5 km məsafəyə fərdi ötüşmədə, ardınca isə 63,5 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar. Yarışa sabah yekun vurulacaq.

Həmin kateqoriyadan