Qadın şahmatçılarımız Avropa çempionatında tarixi uğuru Ermənistan üzərindən qazandı!

Gürcüstanın Batumi şəhərində komandalararası Avropa çempionatını sona yetib. Allsport.az saytı xəbər verir ki, son – 9-cu turda hər 2 millimiz qələbə qazanıb. Kişilərlə müqayisədə, qadınlarımız 27 il sonra yığma səviyyəsində yenə mükafatçılar sırasında yer alıb! 14 xal toplayan qızlarımız 3-cü olublar. İlk sıranı Rusiya (16 xal), 2-ci mövqeni ev sahibələri tutublar.
Kişi komandamız 11 xalla 5-ci yerə çıxıb.

Sloveniya – Azərbaycan 1:3
Luka Leniç – Arkadi Naydiç 0,5:0,5
Matey Sebenik – Rauf Məmmədov 0:1
Yure Skoberne – Qədir Hüseynov 0:1
Yan Sudel – Eltac Səfərli 0,5:0,5

Azərbaycan – Ermənistan 3:1
Günay Məmmədzadə – Lilit Mkrtçyan 1:0
Xanım Balacayeva – Elina Danielyan 0,5:0,5
Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan 1:0
Gülnar Məmmədova – Anna Sarqsyan 0,5:0,5

Həmin kateqoriyadan