Qadın şahmatçılarımız gürcüləri üstələdi, kişilərimiz ilk dəfə uduzdu

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 7-ci tur oynanılıb. Allsport.az saytı xəbər verir ki, qadınlarımız ev sahibələrinə 2,5:1,5 qalib gəlib. Millimiz 5-ci (+6=1-1) sıradadır. Sabah xanımlarımız Ukrayna yığması ilə üz-üzə gələcək.

Kişilər qrossmeysterlərimiz yarış ərzində ilk dəfə yeniliblər. ABŞ komandası ilk lövhədə 2,5:1,5 hesabı ilə sevinib. Bu məğlubiyyət bizimkiləri öclülükdən 3-cü sıyaya salıb. Sabah şahmatçılarımız Çinlə qarşılaşacaq.

 

Həmin kateqoriyadan