Qadın voleybol millimizin yeni baş məşqçisi Covanni Kaprara olub

Qadın voleybol millimizin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bundan sonra komandamızı Covanni Kaprara çalışdıracaq. O bu vəzifədə səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyib.

57 yaşlı mütəxəssis əvvəllər Rusiya və Yunanıstan yığmalarında işləyib. İtaliyalı xoca 2014-cü ildən bəri İstanbulun “Əczaçıbaşı” klubunu çalışdırıb.

Həmin kateqoriyadan