- Baxış sayı: 40
- 23 Aprel 2024 22:15
- Baxış sayı: 33
- Aprel 23, 2024
- 0
Milli Gimnastika Arenasında qadın voleybolçuların Avropa çempionatına yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, MDB məkanında ilk dəfə Azərbaycan və Gürcüstanda keçirilən mötəbər yarışda yığmamız 12 il bundan öncə olduğu kimi, yenə də fəxri kürsünün bir addımlığında dayandı.
3-cü yer uğrunda görüşdə Türkiyə millisi ilə qarşılaşan Faiq Qarayevin komandası bürünc mükafatı da əldən verdi – 1:3 (25:22, 21:25, 14:25, 8:25).
Finalda Serbiya və Niderland kollektivləri üz-üzə gəlib. Yarış ərzində yenilgi nə olduğunu bilməyən slavyanlar bu matçdan da qalib ayrılıblar – 3:1 (25:20, 25:22, 18:25, 25:18).