Qadın voleybolçularımız Avropa Liqanın qalibi oldu

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqanın finalında cavab görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, Faiq Qarayevin komandası Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşıb.

İlk matçda rəqibinə 3:1 qalib gələn qızlarımız, evdə də uğurlu çıxış edərək yarışın qızıl medallarını qazanıb – 3:0  (25:15, 25:20, 25:22). Avropa Liqasında məğlubiyyət bilməyən komandamız dünya qran-pisində oynamaq hüququ qazanıb.

Həmin kateqoriyadan