Qadın voleybolçularımız bu dəfə Sloveniya millisinə qalib gəlib

Mariborda təlim-məşq toplanışında olan qadın voleybolçularımız yerli Sloveniya millisi ilə növbəti yoxlama matçını keçirib.

Allsport.az saytı xəbər verir ki, ilk görüşdə 2:2 edən Faiq Qarayevin komandası bu dəfə 3:1 (25:22, 25:18, 20:25, 25:16) hesabı qalib gəlib.

Digər sınaq matçında yığmamız bu hesabla belçikalı həmkarlarına uduzub.

 

Həmin kateqoriyadan