- Baxış sayı: 35
- 17 Aprel 2024 16:30
- Baxış sayı: 52
- Aprel 17, 2024
- 0
Qadın voleybolçulardan ibarət millisi Avropa liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, bu gün yığma Maribora yollanacaq. Faiq Qarayevin komandası mayın 16-dək təlim-məşq toplanışında olacaq.
Voleybolçularımız hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya kimi rəqiblər var. Toplanışına aşağıdakı heyətlə yollanırıq:
Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova;
Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;
Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova;
Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.