DÇ-2014
Qadın voleybolçularımız növbəti mərhələdə

Bu gün qadın voleybolçular arasında dünya çempionatının qrup mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, İtaliyanın Bari şəhərində keçirilmiş “D” qrupunun oyunlarında millimiz son matçda autsayder Kuba komandası ilə qarşılaşıb.

 

Həlledici görüşdə qızlarımıza 3 xallıq qələbə lazım idi. Sevindiricidir ki, voleybolçularımız bu vəzifənin öhdəsindən gəliblər.

 

Qeyd edək ki, Azərbaycan seçməsi Yaponiya ilə Puerto-Rikaya 3:2 ə qalib gəlib, Çinə və Belçikaya 0:3 hesablarıyla uduzub.

 

28 sentyabr
“D” qrupu, V tur

Azərbaycan – Kuba – 3:1 (25:20; 25:27; 25:20; 25:22)

Həmin kateqoriyadan