Qadın voleybolçularımız sınaq görüşündə Sloveniya yığması ilə heç-heçə edib

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz ilk yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Faiq Qarayevin komandası yerli komanda ilə qarşılaşıb.

Matç heç-heçə yekunlaşıb. İlk 2 seti Sloveniya yığması qələbə qazansa da, növbəti 2 hissədə bizimkilər üstün olub – 2:2 (23:25, 26:28, 25:20, 25:13).

Həmin kateqoriyadan