Qadın voleybolçularımız son sınaq görüşündə də İtaliya millisinə qalib gəlib

Avropa çempionatına hazırlıqlarını davam etdirən qadınlardan ibarət millimiz Milanda növbəti yoxlama görüşünü keçirib.

Allsport.az saytı xəbər verir ki, Fair Qarayevin komandası İtaliya millisini 3:2 məyus edib (25;22, 25:13, 21:25, 20:25, 15:7). Bundan əvvəl bu rəqiblə daha 3 dəfə qarşılaşan yığmamızda bu hesab qeydə alınıb: 3:2, 0:3, 2:3.

Bu gün qızlarımızBakıya qayıdıb, təlim-məşq toplanışının son hissəsinə start verəcək. Avropa çempionatının ilk oyununda komandamız sentyabrın 22-də Milli Gimnastika Arenasında Macarıstanla qarşılaşacaq.

Həmin kateqoriyadan