Qadın voleybolçularımızın Tokio olimpiadası yolunda son fürsəti

Qadın voleybol millimiz Tokio-2020 olimpiya oyunlarına vəsiqə qazanmaq üçün, gələn il yanvarın 7-12-də Avropa qitəsi üzrə Niderlandın Apeldorn şəhərində keçiriləcək təsnifat yarışında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, burada 8 komanda mübarizə aparacaq.

Bu “səkkizlik” sonuncu Avropa çempionatının nəticələrinə əsasən dəqiqləşib. Milli komandamız qitə birinciliyini 10-cu yerdə başa vursa da, artıq vəsiqə qazanmış Rusiya, Serbiya və İtaliyanın ön sıralarda qərarlaşması bizim Apeldorna yolumuzu açıb.

Nəticədə, turnirdə yeganə lisenziyaya Azərbaycan və meydan sahibi Hollandiya ilə yanaşı, Türkiyə, Almaniya, Bolqarıstan, Polşa, Belçika və Xorvatiya iddia edəcəklər.

Həmin kateqoriyadan